• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 16.09.2015 22:32

Gəncədə 47 yaşlı piyada vurulub

Bu gün axsam saat 10 radələrində isə Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Üzeyir Hacıbəyov küçəsində sərxoş halda yolu keçmək istəyən şəhər sakini – 47 yaşlı Yaşar Verdiyev hələlik sürücüsü məlum olmayan “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Yaralı dərhal ətrafdakıların köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona sol dirsək sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.

Xaliq Qurbanlı