• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 887
— 16.09.2015 08:06

Gəncədə içi taxta ilə dolu “Mercedes Ateko”nun yükü aşdı, sürücü xəsarət aldı

Gəncədə yol-nəqliyyat qəzası qeydə alınıb. Hadisə bü gün səhər saat 7 radələrində şəhərin Nəriman Nərimanov prospektində baş verib. 34 yaşlı Ağstafa şəhər Qırılı kənd sakini Şahmar Qurbanov Bakıdan “Mercedes Ateko” markalı yük avtomobili ilə taxta gətirərkən nəqliyyat vasitəsinin kabinəsi aşıb. Bu zaman orada olan taxtalar avtomobilin üzərinə tökülüb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Müayinələr zamanı Şahmar Qurbanovun bel nahiyəsində və qolunda əziklər olduğu müəyyən edilib.  

Elnur Vahidoğlu