• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 10.09.2015 23:29

Tovuzda 3 otaqlı ev yanıb

Evin zirzəmisinə səpələnmiş quru otun alışması yaşayış obyektində yanğına səbəb olub. Hadisə Tovuzun Aşağı Quşçu kəndində, Hidayət Zeynalova məxsus binada baş verib.  Qəfildən alovlanan quru ot 3 otaqlı evi tüstüyə bürüyüb. Yanğın ev sahibləri ilə yanaşı qonşularıda həyəcanlandırıb. Alovu söndürməyin çətin olduğunu görən kənd sakinləri hadisə yerinə yanğınsöndürənləri çağırıblar. Görülən qabaqlayıcı tədbirlər zamanı alovu ram etmək mümkün olub. Yanğın zamanı umumi sahəsi 130 kv.m olan kürsülü evin zirzəmisinə səpələnmiş quru ot və zirzəminin tavanı 30 kv.m sahədə yanaraq yarasız hala düşüb.