• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 10.09.2015 21:19

Bərdə sakini Gəncədə qəzaya uğradı

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına saat 20.45 radələrində avtoqəza nəticəsində xəsarət alan şəxs gətirilib. Müayinə zamanı məlum olub ki, 39 yaşlı Bərdə rayonu, Gəyirli kənd sakini Elnur İbişov sol baldır sümüyünün açıq sınığı yaraları və kəllə-beyin travması alıb. Yaralı tibbi müdaxilədən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, yol qəzası Elnur ibişovun şəhərin Nəriman Nərimanov prospektində yolu keçmək istədiyi zaman baş verib. O, “Lada Priora” markalı avtomobil tərəfindənb vurulub..

İham Məmmədzadə