• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 10.09.2015 18:49

Göyçayın kəndində canavarlar təsərrüfata hücum edib

Gecə saatlarında canavarlar Göyçayda fərdi təsərrüfata hücüm ediblər. Hadisə rayonun İnçə kəndində qeydə alınıb. Belə ki, kənd sakini Kazım İsmayılovun təsərrüfatına canavarlar basqın edib. Gecə saatlarında həyətdəki qoyun küzündə olan qoyunlardan 5 başını parçalayıb, daha 5  başını isə yaralayıblar. Ev sahibi hadisədən xəbər tutanda artıq gec olub.

Ev sahibi yaralanan qoyunlara görə dərhal sahə baytar həkiminə müraciət edib. Baytar həkimləri təsürrüfatda olaraq ərazidə dezinfeksiya işləri ilə yanaşı yaralı qoyunlara quduzluq əleyhinə vaksinlər vurublar.

Qeyd edək ki, İnçə kəndində təsərrüfatda olan heyvanlar bu cür canavar hücümuna tez tez məruz qalır.

Ruhəngiz Hacızadə