• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4182
— 09.09.2015 18:14

Bakıda məşhur şirkətlərdən birinə basqın olub

Cinayətkar dəstə şirkətdən içərisində külli miqdarda pul olan seyfi aparıb.

Naməlum şəxslər Xəzər rayonunun Zirə qəsəbəsində fəaliyyət göstərən "Gök-nur" Bakı Kabel Zavoduna gecə saatlarında basqın ediblər. Maskalı şəxslər zavoda daxil olaraq gözətçinin əl-qolunu bağlayıb və onu ölümlə hədələyiblər. Daha sonra maskalılar zavoddan içərisində 50 min ABŞ dolları olan seyfi aparıblar. Zavod rəsmiləri quldurluqla bağlı yayılan məlumatların yalnış olduğunu bildirsələr də,  Xəzər Rayon Polis İdarəsindən faktı təsdiqlədilər. Polis əməkdaşları "Gök-nur" Bakı Kabel Zavoduna quldur basqını etmiş şəxslərin müəyyən edilərək tutulmaları istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirirlər.

Vəfa Şairova