Şəkinin Qoxmuq kəndində yanğın baş verib. Yanğın kənd sakini Anar Həsənova məxsus mal tövləsində meydana gəlib. 80 kv. metr sahəsi olan tövlənin 40 kv. metr dam örtüyü yanıb. Yanğın zamanı tövlədə olan 8 ton otun 4 tonu yanaraq kül olub. Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb edilib. Yanğın mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Vəfa Şairova
- Baxış: 875