• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3971
— 08.09.2015 18:03

2 sərxoş şəxsin mübahisəsi ölümlə bitib

Ötən gecə paytaxtın Sabuncu rayonunda qətl hadisəsi baş verib. 49 yaşlı Mehman Əliyev aldığı bıçaq xəsarəti nəticəsində dünyasın dəyişib. Qətlə yetirilən şəxsin usta işlədiyi bildirilir. O, Maştağa qəsəbəsi Savalan yaşayış massivində tanışı ilə birlikdə yarımçıq tikilidə işləyərkən aralarında mübahisə yaranıb. İlkin istintaq zamanı müəyyənləşdirilib ki, Mehman Əliyev və digər şəxs hadisə zamanı sərxoş olublar.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Qətli tördən şəxsin tutularaq istintaqa cəlb olunması istiqamətində araşdırma aparılır.