• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4159
— 08.09.2015 18:58

Paytaxt sakinini döyüb, videoya çəkən dəstə zərərsizləşdirilib

Respublikanın daxili işlər orqanlarının əməkdaşları cinayətkarlıqla mübarizə sahəsində uğurlu əməliyat-axtarış fəaliyyətlərini davam etdirirlər. Bu dəfə paytaxt sakinini döyüb və videoya çəkən dəstə zərərsizləşdirilib.

Biləcəri qəsəbəsinin ərazisində bir qrup şəxs Bakı şəhər sakini Rüfət Camalovu döydükdən sonra onu zorla “Nissan” markalı avtomobilə oturdaraq Əhmədli qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinə aparıblar. Orada ona qarşı şərəf və ləyaqəti alçaldan hərəkətlər edib videoya çəkərək internetdə yerləşdirəcəkləri ilə hədələyib ondan 20 min manat pul tələb ediblər. Bununla bağlı daxil olan məlumat əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirli bilinən Ağsu şəhər sakini Elman Əhmədov, Salyan şəhər sakini Fuad Şükürov və qardaşı Elnur, həmçinin paytaxt  sakini Adil Lətifov tutulublar.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182-ci yəni  hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Vəfa Şairova