• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 726
— 08.09.2015 17:33

Siqaret çəkmək istədi, özünü yandırdı

Siqaret çəkmək istəyən gənc ehtiyatsızlıqdan özünü yandırıb. Hadisə Tərtər rayonunda baş verib. Rayonun Həzi Aslanov küçəsində yaşayan, 23 yaşlı Amil Qasımlı mazutlu əllərini benzinlə yuyub. Sonra əllərini qurulamadan siqaret yandırmaq istəyib. Bu zaman əvvəlcə onun əlləri, sonra bütün bədəni yanmağa başlayıb. O, dərhal Tərtər Mərkəzi Rayon Xəstəxanasına, oradan isə Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Yaralıya lazımi tibbi yardım göstərilib. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Vəfa Şairova