• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 08.09.2015 19:22

Tovuzda qəzaya düşən avtomobil yol kənarına yuvarlandı

Hadisə rayonun girişində Arzu İsyaevin idarə etdiyi  "Vaz 2106" və Rasim Qasımovun sürücüsü olduğu "Mitsubishi" markalı avtomobillərin toqquşması zamanı qeydə alınıb. Qəzaya düşən avtomobillərdən biri yoldan çıxaraq aşıb. Hadisə zamanı "Vaz 2106"-da olan sərnişin 40 yaşlı Teymur İsgəndərov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəzanın baş vermə səbəblərini Tovuz Polisi araşdırır.

Rahim İbrahimoğlu