• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2831
— 08.09.2015 19:18

Kişini döyüb, qızıl-zinət əşyalarını talamaq istəkləri baş tutmadı

Şirvan şəhərində quldurluq hadisəsi baş verib.

Hadisə gecə saat 4:00 radələrində şəhərin Rəsulzadə küçəsi 17, mənzil 105 ünvanında qeydə alınıb. Şirvan sakinləri Ülvi Quliyev və Süleyman  Əhmədov 1960-cı il təvəllüdlü şəhər sakini Elşən Məmməd oğlu Həsənovun evinə daxil olaraq ona ağır bədən xəsarətləri yetiriblər. Hadisənin şahidi olan qonşular dərhal bu barədə polisə məlumat veriblər. Ülvi Quliyev və Süleyman  Əhmədov hadisə yerində saxlanılıb. Məlumata görə, polis hadisə yerinə tez gəldiyi üçün onların Elşən Həsənovu öldürmək niyyətləri baş tutmayıb. Elşən Həsənov ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Elşən Həsənovun qızıl alveri ilə məşğul olduğu, oğruların evdən qızıl-zinət əşyaları oğurlamaq niyyətində olduqları açıqlanıb. Hər iki şəxs istintaqa cəlb edilib.

Faktla bağlı Şirvan Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Vəfa Şairova