• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4205
— 08.09.2015 19:06

Bərbərxanada çalışan şəxsləri soyan şəxs yaxalandı

Hadisə Abşeron rayonunun Masazır qəsəbəsində baş verib. Qəsəbədə bərbərxana işlədən Kərim Qədimzadənin  yanına gələn həmyerlisi Zaur Həsənov оnu və iş yoldaşını bıçaqla hədələyib. Nəticədə sonuncu Qərib Həsənovdan 133 manat və mobil telefon, Kərim Qədimzadədən isə 30 manat alaraq bərbərxananı tərk edib. Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yaradılan əməliyyat-axtarış qruppası tərəfindən cinayəti törədən şəxs tutularaq istintaqa cəlb olunub.

Faktla bağlı cinayət məcəlləsinin soyğunçuluq maddəsi ilə başlanan cinayət işinin istintaqı davam edir.

Vəfa Şairova