• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 732
— 08.09.2015 18:58

Qazaxda 2 atı avtomobil vurub

Qazax rayonu ərazisində iki baş atı avtomobil vurub. Hadisə gecə saatlarında rayonun Qarapapaq kəndi ərazisində, Bakı-Qazax avtomagistralının 474-cü kilometrliyində baş verib. Yolu keçən zaman "TIR" markalı iritonnajlı avtomobil kənd sakinlərinə məxsus atları vuraraq öldürüb. Hadisə yerindən uzaqlaşmayan sürücüyə qaydalara uyğun olaraq akt tərtib edilib. Hadisə gecə saatlarında baş verdiyindən yük avtomobilinin sahibinə hər hansı cərimə protokolu yazılmayıb. Qeyd edək ki, adıçəkilən yolda belə heyvanlar avtoqəzaların yaranmasına tez-tez səbəb olurlar.

Rahim Ibrahimoğlu