• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 727
— 08.09.2015 11:38

Yollarda diqqətsizlik və yüksək surət canlar almaqda davam edir

Son bir gecədə ölkədə baş verən yol qəzalarında 4 nəfər həyatını itirib, daha 2 nəfər yaralanıb. Araşdırmalar göstərir ki, qəzalara səbəb diqqətsizlik və yüksək surətdir.

Ən dəhşətli hadisə Quba rayonunda qeydə alınıb. Rayonunun Zərdabi qəsəbəsi yaxınlığında dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin ağaca çırpılması nəticəsində 3 nəfər hadisə yerində həlak olub. Belə ki, Xaçmaz istiqamətində hərəkətdə olan 40 yaşlı Qəribov Seymur Samir oğlunun idarə etdiyi "HYUNDAİ" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobilin xaçmazlı sürücüsü Seymur Qəribov və avtomobildə olan 2 nəfər, 33 yaşlı Hüseynov Camal Tofiq oğlu həmçinin, 36 yaşlı Rəhimov Emil Ağarəhim oğlu hadisə yerindəcə həlak olub. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri deformasiyaya uğrayan avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təvil verib.

Artıq qəzanın ilkin səbəbləri də bəllidir. Hadisə  yüksək sürət səbəbindən baş verib. Qəza zamanı həlak olanların Quba rayonunun Zizik kəndindən toy məclisindən qayıtdığı deyilir.

Paytaxta isə bir gecədə iki piyada vulrulub. İlk hadisə Sabunçu rayonunda baş verib. Şəhər istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Zərbənin təsirin hadisə yerindən 20 metr kənara düşən piyada dünyasını dəyişib. Şahidlərin sözlərinə görə hadisə yerüstü piyada keçidinin yaxınlığında baş verib.

Xətai rayonunda isə iki avtomobilin toqquşması nəticəsində piyada xəsarət alıb.  Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsində baş verən yol qəzası zamanı “Passat” markalı avtomobillə “Hyundai” markalı avtomobil toqquşub. Zərbənin gücündən “Hyundai” yol kənarında dayanan piyadaya dəyib. Avtomobildə olan sürücü və sərnişinlərdən xəsarət alan olmasa da, piyada müxtəlif dərəcəli sınıq xəsarətləri alıb. Yaralı xəstəxanya çatdırlıb.

Gəncədə də piyada vulurub. Hadisə gecə saat 2:00 radələrində Gəncənin Nizami prospektində  baş verib. Şəhər Təmizlik İdarəsinin süpürgəçisi 32 yaşlı Rəsmiyyə İsmayılova yolu süpürərəkən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maşını tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan qadın hadisəni törədən Mehman adlı sürücü tərəfindən Gəncə şəhər TTYX-nını travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəyə ilkin tibbi yardım göstərilərək reanimsiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Bütün faktlarla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb. 

Vəfa Şairova