• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3937
— 07.09.2015 22:56

Paytaxtda cibgirliklə məşğul olan şəxslər saxlanılıb

Paytaxtda ictimai nəqliyyat vasitələrində oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.  Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 57 saylı xətt avtobusunda paytaxt sakini İrina Romanovanın əl çantasından 35 manat və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunanlar – Oruc Məhərrəmov, Azər Kərimov və Samirə Əbiyeva tutulub. Həmçinin saxlanılan şəxslərdən  2 qrama yaxın narkotik vasitə olan tiryək də aşkar olunaraq götürülüb. Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruqi istintaq hərəkətləri aparılır. Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiklərini istisna etmir.