• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4022
— 07.09.2015 21:43

Lənkəranda gecə saatlarında yaşayış evinə basqın olub

Lənkəranın ucqar dağ kəndi Biləsərdə gecə saatlarında yaşayış evinə basqın olub. Maskalı şəxs ev sahibi, 60 yaşlı Əlirza Salayevə kəsiçi alətlə müxtəlif bədən xəsarətləri yetirib. Çoxlu qan itirən yaralı yaxınlarının köməyi ilə gecə saat 1 radələrində Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat edilib. Vəziyyəti orta-ağırdır. Lənkəran polisi hadisəni törədən şəxsin tapılaraq istitaqa cəlb edilməsi istiqamətində tədbirlər görür. Basqın edən şəxsin evdən heç nə aparmaması hadisənin münaqişə zəminində törədildiyi və intiqam məqsədi daşıdığı ehtimalını yaradır.

Vəfa Şairova