Bakı-Qazax-Gürcüstan magistral yolunda qəza baş verib. Hadisə bu gün saat 15.00 radələrində magistral yolun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “BMV” markalı avtomobil üzü Gəncə istiqamətdə hərəkətdə olarkən “Mercedes Sprinter” markalı mikroavtobusa arxadan çırpılıb.Nəticədə “BMV”də olan sərnişin Bağır Bağır yaralanıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Vəfa Şairova
- Baxış: 397