• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 07.09.2015 18:34

Xaçmazda 25 yaşlı qız itkin düşüb

Rayonun Qaracegzeyid kənd sakini Əliyeva Təranə Gülbala qızı 23 iyul tarixində evdən çıxıb və bir daha geri qayıtmayıb. Rayon ərazisində aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən şəxsi tapmaq mümkün olmayıb. Onun boyu 1.57, normal bədən quruluşlu, saçları şabalıdı, gözləri qəhvəyi rəngdədir. Xüsusi əlaməti yoxdur. İtkin düşən qızın Bakıya qaçdığı ehtimal edilir. Evdən çıxarkən özü ilə şəxsiyyət vəsiqəsini də götürüb. Bu şəxs barəsində hər hansı məlumatı olan şəxslərdən Xaçmaz Rayon Polis Şöbəsinə (023) 325-53-56, (055) 418-68-16 nömrəli telefonlara zəng vuraraq məlumat vermələri xahiş olunur.