Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şahsevər kənd sakini, 37 yaşlı Qalib Usubov saxlanılıb. Onun üzərinə baxış keçirilərkən çəkisi 6 qram olan narkotik maddə götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxs narkotik vasitəni tanışı, 53 yaşlı Qalib Şıxəliyevdən aldığını bildirib. Qalib Şıxəliyevin yaşadığı ünvana baxış keçirilərkən oradan 48 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 532