• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3062
— 04.09.2015 20:58

Bakı sakininin mənzili qarət edildi

Bakının Səbail rayonunda 20-ci sahə Yüzbəy Mürsəlov küçəsi 27 a ünvanında  yaşayan Ramin Cəfərovun mənzili qarət edilib. Hadisə ev sahibi və ailəsinin mənzildə olmadığı zaman baş verib.  Pəncərənin dəmir barmaqlıqlarını sındıraraq evə daxil olan şəxs yaxud şəxslər  evdə olan qızıl-zinət əşyalarını və pulu oğurlayıblar. Artıq hüquq mühafizə orqanı əməkdaşları hadisə baş verən ünvanda olub və cinayət üçün zəruri olan ekspertiza nümunələri götürülüb. Hadisəni törədən şəxs və ya şəxslərin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

 

İlham Məmmədzadə