• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3916
— 04.09.2015 17:48

Sabirabadda həyətində çətənə kolları yetişdirən şəxs saxlanılıb

Sabirabad sakininə məxsus həyətyanı sahədən narkotik vasitə olan çətənə kolları aşkar edilib.

Sabirabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çiçəkli kənd sakini, 46 yaşlı Əlsəfa Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 11,22 kiloqram olan 19 ədəd çətənə kolu, habelə evinə baxış zamanı 750 qram marixuana aşkar edilərək götürülüb. Əlsəfa Əliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Sabirabad Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.