• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2995
— 03.09.2015 17:59

Kürdəmir rayonunda narkotik tərkibli bitki əkib-becərən şəxs tutulub

Rayon Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri çərçivəsində Sığırlı kənd sakini Tural Məmmədovun həyətyanı sahəsinə baxış keçiriblər. Nar bağında  xüsusi aqrotexniki qaydada əkilib-becərilmiş  narkotik tərkibli bitki aşkarlanıb. Həyətin digər sahəsinə baxış keçirilərkən oradan ümumi çəkisi 195 qram olan qurudulmuş marixuana da götürülüb. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova