• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4096
— 03.09.2015 09:45

Gənclər arasında mübahisələr növbəti dəfə qan tökülməsinə gətirib çıxarıb

Bakıda 30 yaşlı şəxs bıçaqlanıb. Gəncədə də analoji fakt qeydə alınıb.

Bu gecə saat 04:00 radələrində Gəncə sakini 18 yaşlı Kamil Cabbarov qarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə şəhər TTYX- a gətirilib. Həkimlər yaralını dərhal əməliyyat ediblər. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Baş  Polis İdarəsi tərəfindən cinayət işi açılıb, araşdırmalar aparılır. Polis 18 yaşlı gəncə kim və ya kimlər tərəfindən xəsarət yetirildiyini müəyyənləşdirir.

Paytaxtda da bıçaqlanma hadisəsi baş verib. Qanlı olay Qaradağ rayonu Lökbatan qəsəbəsində qeydə alınıb. Seymur Orucov küçəsində avtomobillərin yuyulması məntəqəsinin icarədarı, 30 yaşlı Tahir Hətəmov bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Tahir Hətəmova kürək nahiyəsindən xəsarət yetirilib. Zərbə o qədər güclü olub ki, bıçaq onun qarnının sağ tərəfindən çıxıb. Bildirildiyinə görə, Tahir Hətəmov işlətdiyi avtoyuma məntəqəsinin yaxınlığındakı çayxanada işləyən 16 yaşlı yeniyetmə tərəfindən bıçaqlanıb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Pərviz Məsməliyev