• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4147
— 02.09.2015 17:29

Ermənilər tərəfindən atəşə tutması nəticəsində yaralanan 3 nəfərdən 2-si evə buraxılıb

Ötən gün ermənilərin Tərtər rayonunun Qapanlı kəndində qurulan toy mağarını atəşə tutması nəticəsində yaralanan 3 nəfərdən 2-si  artıq xəstəxanadan evə buraxılıb. 1-i isə Bərdə Rayon Mərkəzi Xəstəxanasındadır. 

Ermənilərin Tərtər rayonunun Qapanlı kəndində qurulan toy mağarını atəşə tutması nəticəsində yaralanan 3 nəfərdən biri,  3 yaşlı Zəhra Əlizadə ilkin tibbi yardımdan sonra xəstəxanadan evə buraxılıb. Ona ev şəraitində qulluq göstərilir. Valideynləri Zəhrada  qorxu hissinin yaranmaması üçün ona təsadüfən atılan bir daşın dəydiyini deyirlər. Amma bu azyaşlı ona həmin zərbənin hansı tərəfdən gəldiyini yaxşı bilir.

Zəhra Əlizadə həm də bildirir ki, onu yaralayanlardan qorxmur. Qisası gec-tez alınacaq.  Xatırladaq ki, ötən gün Tərtərin Qapanlı kəndində toy mağarı ermənilər tərəfindən atəşə tutulub. Hadisə nəticəsində 1967-ci il təvəllüdlü Mədinə Əhmədova, 1963-cü il təvəllüdlü Müşkinaz Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb. Onlardan  Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Mədinə Əhmədova ilə Zəhra Əlizadə artıq müalicələrini ev şəraitində davam etdirirlər. Müşkinaz Tanrıverdiyeva isə hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədir.

Daşqın Abdullayev 

Ziya İsmayılov