• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4032
— 02.09.2015 20:06

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Kürdəmirin Topalhəsənli kəndi ərazisində də piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayonunun Şıxımlı kənd sakini 23 yaşlı Coşqun Məmmədov idarə etdiyi “VAZ-21041” markalı avtomaşınla Ağsu istiqamətində hərəkətdə olarkən yolu keçən 80 yaşlı Ağsu rayon Qasımbəyli kənd sakini Yədulla Qurbanovu  vurub.  Nəticədə piyada aldığı ağır xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.  Faktla bağlı Kürdəmir rayon Polis şöbəsində araşdırma aparılır.  

Rühəngiz Hacızadə