• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2971
— 02.09.2015 18:52

Salyanda çayda boğulan uşağın cəsədi tapılıb

Ötən gün Salyanın Şorsulu kəndində 7 yaşlı uşağın çayda boğulduğunu xəbər vermişdik. Məlum olub ki, Lazım Rzayev ehtiyatsızlıqdan su hövzəsinə düşüb. Azyaşlının cəsədi Dövlət Sulardan Xilasetmə xidmətinin əməkdaşları tərəfindən batdığı yerdən bir neçə yüz metr kənarda tapılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdıma aparılır.

Rühəngiz Hacızadə