• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4135
— 02.09.2015 17:08

Gəncədə avtomobil oğurlayan qrup üzvləri saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtomobil oğurluğu ilə məşğul olan cinayətkar qrup həbs olunub.

Gəncə şəhər sakini Xəyal Məmmədov polisə müraciət edərək ona məxsus “VAZ-2106” markalı avtomobilin qaçırıldığını bildirib. Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Gəncə şəhər sakinləri Kərim Məmmədov və Orxan Rzayev şübhəli şəxs qismində saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

İlham Məmmədzadə