• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4019
— 02.09.2015 17:09

Gəncədə 36 sürücü cərimə olundu

Avqustun 1-dən ölkə ərazisində “Təmiz hava” aylığına start verilən reydlər sona çatıb. Yoxlamalar  zamanı 30-dan artıq sürücü cərimə olunub.

Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsi bu ay ərzində keçirdiyi yoxlamaların nəticələrini açılayıb. Şöbənin təbliğat və təşviqat üzrə inspektoru Vasif Əşrəfov bildirib ki, “Təmiz hava” aylığı çərçivəsində 36 nəqliyyat vasitəsinin sürücüləri  inzibati qaydada cərimələnib.  Şöbənin inspektorunun sözlərinə görə, aksiyanın əsas məqsədi atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Şöbədən o da bildirilib ki, nəqliyyat vasitələri sahibləri, sürücülər və eləcə də avtonəqliyyat müəssisələri rəhbərləri istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər. Əks halda həmin sürücülər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.

Xaliq Qurbanov