• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3066
— 02.09.2015 16:46

Yaşlı qadın ehtiyatsızlığının qurbanı oldu

Şəkidə 71 yaşlı qadın bədbəxt hadisə nəticəsində həyatını itirib.

Rayonun Aşağı Göynük kənd sakini, Sürayə Səmədova ağır kəllə-beyin travması və koma vəziyyətində xəstəxanaya daxil olub. Məlum olub ki,  qadın yaşadığı evin həyətyanı sahəsində tikilmiş mal tövləsinin çardağına yumurta götürmək üçün çıxan zaman ehtiyatsızlıqdan yıxılıb. Həkimlərin səyinə baxmayaraq Sürayə Səmədovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.   

Ruhəngiz Hacızadə