
Şəki rayonunun Kiçik Dəhnə kənd sakini, 10 yaşlı Elsevər Salmanov ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, azyaşlı yaşadığı evin həyətyanı sahəsində gəzərkən ilan qəfildən onun sol ayağının topuq nəhiyəsindən sancıb. Elsevər Salmanova xəstəxanada lazımi tibbi yardım göstərilib. Daha sonra o, Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Ruhəngiz Hacızadə
- Baxış: 366