• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4133
— 02.09.2015 17:03

Kafeni qumarxanaya çevirənlər yaxalandı

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhərində fəaliyyət göstərən qanunsuz qumarxana aşkar ediblər.

Keçirilən əməliyyat zamanı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 15 ünvanında fəaliyyət göstərən kafedə qanunsuz “poker” kart qumar oyunlarının təşkil edildiyi aşkar edilib. Obyektdə icarə əsasında fəaliyyət gəstərən Süleyman Vəliyev, həmin kafenin adminstratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb. Araşdırma zamanı adları qeyd olunan şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.

Baxış zamanı obyektdən “poker” oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Ruhəngiz Hacızadə