• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4014
— 02.09.2015 16:54

Şamaxı və Qobustanda yanğınlar: 1 yaralı

Şamaxıda vətəndaşa məxsus yardımçı tikilinin yanması bir nəfərin xəsarət alması ilə nəticələnib. Qobustanda isə 4 otaqlı ev yanıb. Bu dəfə heç kim xəsarət almasa da, ev sahibinə xeyli maddi ziyan dəyib.

Şamaxıda Yeni yaşayış massivində vətəndaşa məxsus evin həyətyanı sahəsində olan yardımçı tikili yanaraq külə dönüb. Hadisə zamanı ev sahibi Şirvan Qədimov xəsarət alıb. O, qonşuların köməyilə xilas edilib və xəstəxanaya çatdırılıb. Əraziyə yanğınsöndürənlər gəlib, alovun yayılaraq evə keçməsinin qarşısı alınıb.

Qobustanın Şıxzaharlı kəndində də yanğın hadisəsi qeydə alınıb. Qobustan rayon sakini Firidun Qədirova məxsus 150 kv metr, 4 otaqlı ev yanıb. Hadisə zamanı ev sahibi evdə olmayıb. O, evini müvəqqəti olaraq öz qohumlarına həvalə edib. Şahidlərin sözlərinə görə, yanğın bir anda baş verib. Qonşular yanğına müdaxilə etsələr də,  yanğını söndürmək mümkün olmayıb. Evin içərsindəki bütün əşyalar yanıb. Hadisə yerinə gələn Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikasının yanğına müdaxiləsi nəticəsində yanğını söndürmək mümkün olub.

Hər iki yanğının dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Ruhəngiz Hacızadə