• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3918
— 01.09.2015 19:30

Qubada 41 yaşlı kişi naməlum şəxslər tərəfindən döyülüb

Quba polisi 41 yaşlı kişini döyən şəxs və ya şəxsləri axtarır. Fakt bu gecə rayonun Xucbala kəndində qeydə alınıb.Vasif Abdullayev ağır vəziyyətdə  Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlər tərəfindən   xəstəyə qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hələlik  Vasif Abdullayevin kim tərəfindən döyülməsi bilinmir.Faktla bağlı araşdırma aparılır.