• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3984
— 01.09.2015 22:32

Cəlilabad rayonunda 24 kiloqramdan artıq narkotik vaistə dövriyyədən çıxarılıb

Son iki gündə ölkənin cənub bölgəsində 24 kiloqramdan artıq narkotik vaistə dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, aparılan əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon Soltankənd kənd sakini Eyvaz Əmirovdan 9 kiloqramdan çox  tiryək və 6 kiloqram həşiş qətranı, Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Nəbi Nurullayevdən 4 kiloqram 570 qram tiryək və 4 kiloqram 435 qram marixuana aşkar edilərək götürülüb.  Artıq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub və hər iki faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda isə  narkotik vasitələrin qanunsuz alqı-satqısına aidiyyəti olan digər şəxslərin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.