• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4060
— 01.09.2015 17:31

Dövlət Sərhəd Xidməti qaçaqmalçılığın qarşısının alınması istiqamətində işlərini davam etdirir

Ağstafanın Sadıxlı adalanan ərazisində 120 qutuda 3 min, Dəmir­təpə  sərhəd zastavasının xidməti sahəsində isə 17 bağlamada 4 min 411 ədəd pirotexniki vasitə aşkarlanıb. Ağcabədidə isə 1970-ci il təvəllüdlü Hüseynov Eldar İmran oğlu ölkə qeydiyyatına məxsus avtomobilin tex­ni­ki pas­port­unu və AZ 99-NF-844 dövlət nömrə nişanını Gürcüstanda qeydiyyatda olan “Mersedes-Benz” markalı avtomo­bi­lin üzərinə bağla­yaraq dövlət sərhədindən keçirərkən saxlanılıb. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.