• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 800
— 31.08.2015 17:51

Qax sakini çaqqal hücumuna məruz qalıb

Qaxda bir nəfər çaqqal hücumuna məruz qalıb. Hadisə dünən axşam Lələli kəndində qeydə alınıb. Vəhşi heyvan kənd sakini 1967-ci il təvəllüdlü Çərkəz Oruc oğlu Məmmədovu yaralayıb. Onun harayına qonşular yetişib. Zərərçəkən xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, ambulator müalicə almaq üçün evə buraxılıb. Sakinlər bundan əvvəl də kəndə yırtıcı heyvanların soxulması hallarının baş verdiyini deyir və əlaqədar təşkilatlardan yardım istəyirlər.