• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3961
— 29.08.2015 10:10

22 yaşlı gənc damdan yıxıldı

Goranboy rayonunda bədbəxd hadisə baş verib. Ötən axşam rayonun Kələk kəndində 22 yaşlı Amid Hüseynov yaşadığı evin damından yıxılıb. Nəticədə o, bədənin müxtəlif nahiyələrindən ciddi xəsarətlər alıb. Yaralı dərhal yaxınlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Travmatologiya şöbəsinə yerləşdirilən yaralıya həkimlər lazımı tibbi yardım göstərib. Bundan sonra yaralının vəziyyəti stabilləşib.