• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4039
— 28.08.2015 17:58

Bakıda yolu keçmək istəyən piyadanı maşın vurub

Bakıda yol qəzası baş verib. Avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Hadisə paytaxtın Neftçilər prospektində qeydə alınıb. Kukla teatrının yanında yolu keçmək istəyən və hələlik kimliyi müəyyən edilməyən 25-30 yaşlarındakı şəxsi "Jeep" markalı maşın vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerindəcə keçinib. Əraziyə təcili yardım çağırılıb. Daha sonra  polis əməkdaşları gəliblər. Polisin ilkin araşdırması zamanı məlum olub ki, piyada keçidindən istifadə etməyən şəxs qəfil yolu keçmək istəyərkən maşın tərəfindən vurulub. Qəzadan sonra yolda sıxlıq yaranıb və yolu açmaq üçün əraziyə əlavə polis qüvvələri cəlb olunub.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.