• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3090
— 28.08.2015 17:53

Göygöldə 3 turist baykerin yarışı xəsarətlə nəticələnib, Lənkəranda isə velosiped sürən azyaşlını maşın vurub

Bakı-Qazax magistralında ikisi türk, biri italiyan olan baykerlərin bir-biri ilə yarışı, xəsarətlə nəticələnib. Lənkəranda isə velosipedlə hərəkət edən azyaşlını maşın vurub.

Bakı-Qazax magistralının Göygöl rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Hadisə bu gün saat 18.00 radələrində 2  nəfər türk, 1 nəfər italiyalı turistin motosikletlə magistral yolda yarışdığı  zaman qeydə alınıb. Belə ki, 60 yaşlı italiyalı qadın Zaqari Kristiano nəqliyyat vasitəsində olarkən idarəetməni itirib və notosiklet yolun kənarındakı dəmir məhəccərə çırpılıb. Nəticədə turist döş qəfəsinin küt travması və sol baldırın açıq sınığı diaqnozu ilə Gəncə şəhər TTYX-na çatdırılıb. İlkin tibbi yardım alan yaralının vəziyyəti ağır olduğundan dərhal paytaxt xəstəxanlarından birinə göndərilib.

Lənkəranda isə velosipedlə hərəkət edən azyaşlını maşın vurub. Hadisə rayonun Darquba kəndi ərazisində qeydə alınıb. Belə ki, Lənkəran şəhər sakini, 23 yaşlı Nahid Məmmədzadə idarə etdiyi VAZ-2106 markalı minik avtomobili ilə hərəkətdə olarakən yolda velosipedlə gedən Darquba kənd sakini, 9 yaşlı Samir Cəfərovu vurub. Sürücü dərhal xəsarət alan uşağı maşınına qoyaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. İlkin müayinə zamanı uşağın qapalı kəllə-beyin travması aldığı məlum olub. Xəstəxanadan verilən məlumata görə həkimlər yaralıya lazımi tibbi yardım göstərib, hazırda onun vəziyyəti stabildir. Hadisəni törədən şəxsin ifadəsi alınması üçün o Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.