• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3055
— 27.08.2015 20:11

Şəmkir sakini sirkə turşusundan zəhərlənib

Bu gün Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb. Rayonun Seyfəli kənd sakini 56 yaşlı Səlminaz Qasımova günorta saatlarında zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, o, sirkə turşusundan zəhərlənib. Hazırda Səlminaz Qasımovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kafi qiymətləndirilir.