• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3924
— 27.08.2015 20:16

Gəncədə və Yevlaxda yol qəzaları baş verib

Yevlax rayonu ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Yevlax Avtovağzalının yaxınlığında, Bərdə istiqamətinə gedən yolda qeydə alınıb. Bərdə sakini Aslan İsgəndərovun idarə etdiyi “Daewoo-Espero” markalı minik avtomobili və “Mercedes” markalı şəhərarası sərnişin mikroavtobusu toqquşub. Bildirildiyinə görə, hadisəyə “Mercedes”-in sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Qəza zamanı minik maşınında olan sərnişin - Ağcabədi rayon Hacallı kənd sakini, 53 yaşlı Ədalət Hüseynov  və “Mercedes”in sərnişini, Yevlax rayon sakini, 16 yaşlı Çinarə Ağayeva xəsarət alıb. Onlar Yevlax Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.  Faktla bağlı araşdırma aparılır. 

Gəncədə iki avtomobilin toqquşması nəticəsində yol qəzası baş verib. Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Adilxan Ziyadxanov küçəsinin kəsişməsində qeydə alınıb. Bəxtiyar Məmmədovun idarə etdiyi “Lada Priora” və Zeynal Kamalzadənin idarə etdiyi “VAZ 21015” markalı nəqliyyat vasitələri toqquşub. Xoşbəxtlikdən hər iki sürücü qəzadan xəsarətsiz ötüşüb. Avtomobillər isə demək olar ki, tam yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.