• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2777
— 27.08.2015 17:31

Şəkidə ağır qəza baş verib

Hadisədə Şəki Penitensiar Müəssisənin 4 əməkdaşı dünyasını dəyişib.

Hadisə Şəki-Qax yolunun 17-ci km-də Şəkinin Göynük kəndi ərazisində qeydə alınıb. Şəki sakini Əlizadə Elşən Akif oğlu idarə etdiyi 99-GK-948 dövlət nömrə nişanlı “Sayfa” markalı avtomobillə Şəki istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə yuvarlanaraq yol kənarındakı dərəyə aşıb. Hadisədə sürücü və avtomobildə olan sərnişinlər, Şəki sakinləri Abdullayev Araz Gündüz oğlu, Sədiyev Asif Çingiz oğlu və Şəkinin Aşağı Göynük kənd sakini Mustafayev Seymur Hüseyn oğlu aldıqları ağır bədən xəsarətləri nəticəsində elə hadisə yerindəcə dünyalarını dəyişiblər. Qəza gecə saatlarında baş versə də, hadisədən yalnız səhər saat 8 radələrində xəbər tutulub. Qəzanın yüksək sürət səbəbindən baş verdiyi ehtimal olunur. İlkin məlumatlara görə, hadisə baş verən vaxt onlar Qaxda keçirilən toy mərasimindən qayıdırmışlar. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırmalar aparılır.