• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4163
— 27.08.2015 10:35

Su üstündə dava düşdü

Daşkəsən rayonunda su üstündə baş verən dava nəticəsində 1 nəfər ağır bədən xəsarətləri alıb. Rayon sakini Əkbər Bayramov əkin sahəsini suvaran  zaman qonşusu bel ilə onun başına zərbə endirib. Zərərçəkmiş təpə nahiyəsinin əziyi diaqnozu ilə Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda şöbədə müalicəsini davam etdirən xəstənin vəziyyəti normal qiymətləndirilir. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.