• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 26.08.2015 17:55

Sabirabadda ağ ölüm yayan dəstə zərərsizləşdirilib

Saxlanılanlar arasında keçmiş məhkumlar da var. Görünür məhbəs həyatı onların islah olunmasına yetməyib.

Sabirabadda narkotik tərkibli bitkilərin əkilib-becərilməsi və satışı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup saxlanılıb. Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu, Yenikənd kənd sakini, əvvəllər 8 il azadlıqdan məhrum edilmiş 54 yaşlı Vəlixan Rəhimov və onun həmkəndlisi, ömrünün iki ilini həbsdə keçirən 49 yaşlı Elməddin Əkbərov saxlanılıb. Araşdırmalarla onların birlikdə Yenikənd kəndi ərazisində böyürtkən kollarının əhatəsində 40 ədəd  çətənə kolunu əkib-becərmələri məlum olub. Keçirilən əməliyyat tədbirləri zamanı, həmçinin onlardan 1,15 kiloqram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Həmçinin istintaqa məlum olub ki, Sabirabad rayon Yenikənd kənd sakinləri 29 yaşlı Cavid Babayev və 25 yaşlı Nuhəli Rzayev avqustun 19-da saat 23:00 radələrində Vəlixan Rəhimov və Elməddin Əkbərovun qanunsuz olaraq əkib-becərdikləri çətənə kolunun bir hissəsini satış məqsədi ilə talayıblar. Onlar həmin bitkiləri saxlamaq üçün həmkəndliləri, əvvəllər məhkum olunmuş 31 yaşlı Bayram Hüseynova veriblər. Keçirilmiş tədbirlər nəticəsində Bayram Hüseynovun həyətindən saxlamaq üçün ona verilmiş 1,185 kq miqdarında narkotik götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.