• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3043
— 26.08.2015 17:43

Xaçmaz rayonu ərazisində yol qəzası baş verib

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Gəndob-Yalama yolunun 26-cı km-də qeydə alınıb. Xaçmaz rayonu, Mançaroba kənd sakini, 59 yaşlı Nəsrəddin Səmədovun idarə etdiyi “QAZ 3110” markalı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonu Müzəffəroba kənd sakini 29 yaşlı Orxan Hacıyevin idarə etdiyi “Vaz 21012” markalı avtomobil toqquşub. Qəza nəticəsində hər iki sürücü və “QAZ 3110”-da olan sərnişin Xaçmaz rayonu, Mançaroba kənd sakini, 49 yaşlı Osman Osmanov xəsarət alıb.

Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.