• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4095
— 26.08.2015 12:27

Təbiətə zərər vurarkən özü xəsarətlər aldı

Gədəbəy sakini meşədə odun qıran zaman yıxılaraq ağır yaralanıb. Hazırda Gəncədə müalicəsi davam etdirilən 45 yaşlı kişinin vəziyyəti ağır qiymətləndirilir.

Gədəbəy rayonu, Hacılar kənd sakini 45 yaşlı İlyas Nəsibov çoxsaylı xəsarətlərlə Gəncə şəhər TTYX-nın Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin müayinəsindən sonra ona təpə nahiyəsinin çapılması, sağ qabırğanın sınığı, aşağı ətrafların əziyi diaqnozu qoyulub. Zərərçəkənə yardım göstərilib və onun həyatı üçün təhlükə aradan qaldırılıb.

Şahin Quliyev- həkim: "Xəstədə hazırda aşağı ətrafların parezi, anuriya və ağrılar qeydə alınıb. Xəstəyə ilkin tibbi yardım göstərilib, ağrıkəsicilər vurulub və yəqin ki, sonrakı müalicə üçün Bakı şəhərinə göndəriləcək".

Bədbəxt hadisənin necə baş verməsinə gəlincə isə...

İlyas Nəsibov- zərərçəkmiş: "Ağacı kəsmək istəyirdim, qopdu, məni də apardı. Başım, bədənim daşlara dəydi, ağrılar hiss etdim. Özümüz getmişdik qışa görə, odun tədarükü görək".

Zərərçəkən İlyas Nəsibov Gədəbəy rayon Hacılar kənd Mədəniyyət Evinin direktor müavinidir.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Xaliq Qurbanlı