• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4026
— 25.08.2015 18:02

Xaçmazda 20 yaşlı gənc dənizdə batıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində, dənizdə  1 nəfərin suda batması haqqında məlumat daxil olub. Şimal dalğıc axtarış qrupunun xilasediciləri tərəfindən, Orxan Əsgərovun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 05:32-də başa çatıb.