• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 25.08.2015 18:09

Zoğal bağında narkotik bitkilər yetişdirən şəxs polis tərəfindən saxlanıldı

Şabran rayonunun Zeyvə kəndində zoğal bağında narkotik bitkilər yetişdirən şəxs tutulub. Daha bir rayon sakininin isə üzərində tiryək aşkar edilib.

Şabran rayonunun Zeyvə kəndində yaşayan Zaur Şıxveyizov öz pay torpağında zoğal bağının kolluq hissəsində, narkotik bitki olan 15 ədəd çətənə kolu əkib.  Məlum olub ki, ümumi çəkisi 900 qram olan həmin kollara, aqrotexniki qulluq göstərilərək becərilib. Zaur Şıxveyizov rayon polisi tərəfindən tutulub.

Bundan başqa, Şabran şəhər sakini Səxavət Kərimov Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 2,624 qr narkotik maddə olan tiryək aşkar edilərək götürülüb. Yaşadığı ünvanda axtarış apararkən isə evindən 695 qram narkotik maddə olan tiryək aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.