• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4194
— 25.08.2015 17:02

Masallı və Göyçayda fərdi yaşayış evləri yanıb

Hadisə zamanı xəsarət alan olmayıb.

Masallıda yaşayış evi əşyaları ilə birlikdə yanaraq külə dönüb.  Hadisə  rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini 49 yaşlı Burhan Dadaşova məxsus ümгmi sahəsi 156 kv.m olan 3 otaqlı evdə anidən yanğın baş verib. Dərhal hadisə yerinə Masallı Yanğından Muhafizə Hissəsinin 3 yanğın söndürən avtomaşını və xeyli sayda canlı qüvvəsi cəlb olunub. Nəticədə evin bir otağını və mətbəxi xilas etmək mümkün olub.

Göyçayda da  fərdi yaşayış evi yanıb. Hadisə bu gün Göyçay şəhərinin M.Ə.Rəsulzadə küçəsi, dalan 6, ev 2 ünvanındakı mənzildə qeydə alınıb. Şəhər sakini 32 yaşlı Əli Məmmədova məxsus ümumi sahəsi 108 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Hadisə zamanı evin 20 kvadratmetrlik hissəsi yanıb, mənzilin qalan hissəsi alovdan xilas edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

      

Hər iki faktla bağlı araşdırma aparılır.